Dördqat Premyer Liqa çempionu və İngiltərə millisinin keçmiş hücumçusu Rahim Sterlinq iki ilə qədər həbs cəzası ilə üzləşə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, o, avtomobil qəzasından sonra avtomagistralda təhlükəli sürücş ittihamı ilə üzləşib.
İngiltərə millisinin 31 yaşlı keçmiş oyunçusu həmçinin azot oksidi saxlamaqda və may ayında həbs olunduqdan sonra tibbi müayinədən keçməkdən imtina etməkdə ittiham olunur.
"Feyenoord"dan ayrıldıqdan sonra azad agent olan Sterlinq sentyabrın 15-də Basingstok məhkəməsində çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində "Liverpul", "Çelsi" və "Arsenal"da oynayıb. Ən böyük uğurlara isə "Mançester Siti"də imza atıb. O, "şəhərlilər"in heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu və FA Kubokunu qazanıb.
Sterlinq 2021-ci il Avropa Çempionatında ikinci, 2019-cu il Millətlər Liqasında isə üçüncü yeri tutan İngiltərə komandasının üzvü olub.