Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki. görüşün start fiti saat 18:30-da səslənəcək.
Qrupun digər oyununda isə autsatyderlər, İspaniya və Portuqaliya üz-üzə gələcək. Bu qarşılaşma saat 15:30-da başlayacaq.
Qeyd edək ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında keçirili və avqustun 28-də başa çatacaq. Millimiz 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikincidir.