Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız Rumıniya ilə üz-üzə gələcək.

 

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.

 

Günün digər oyununda isə Niderland Portuqaliya ilə qarşılaşacaq. Bu matçın start fiti saat 15:30-da səslənəcək.

 

Qeyd edək ki, iki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər. Xalsız qalan Portuqaliya isə sonuncudur.

Qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.