Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk matçında Belçika və İspaniya milliləri qarşılaşacaq.

 

Bu görüşün start fiti saat 15:30-da səslənəcək. başlayacaq.  Saat 18:30-da isə parket üzərinə Rumıniya və Niderland komandaları çıxacaq.

 

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.