Misir millisinin baş məşqçisi Hossam Həsən hazırkı və keçmiş həyat yoldaşı arasında kurortda baş verən davanı sakitləşdirmək istəyərkən huşunu itirib. Sport24.az "Sky News Arabia"-ya istinadən xəbər verir ki, hadisə Misirin şimalındakı Marina El Alamein şəhərindəki kurortda yaşanıb.

 

Bu yaxınlarda 60 yaşı tamam olan Hossam Həsən davanı dayandırmağa çalışarkən özünü pis hiss edib və huşunu itirib. Təcili yardım çağırılıb və məşqçi xəstəxanaya aparılıb. Hossamın hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

 

Qeyd edək ki, mütəxəssisin çalışdırdığı Misir yığması son mudialda 1/8 finala yüksəlib. Komandanın DÇ-2026-da uğurlu çıxışından sonra Hossam Həsən müddəti 2030-cu ilə qədər nəzərdə tutulun yeni müqavilə bağlayıb.