"Lion"un müdafiəçisi Nikolas Talyafiko karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Yuventus" argentinalı futbolçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

 

Talyafikonun Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "Yuventus" 34 yaşlı sol cinah müdafiəçisini yanvarda transfer etməyə çalışacaq.

 

Qeyd edək ki, Nikolas Talyafiko 2022-ci ilin yayında "Ayaks"dan "Lion"a keçib. Argentina millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində cəmi 3 rəsmi matçda meydana çıxıb.