"İlk növbədə Allaha təşəkkür edirəm. Komandamı təbrik edirəm. Çünki bu, böyük əziyyətin bəhrəsidir". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Breno Almeyda deyib.

28 yaşlı vinger Misli Premyer Liqasının II turunda "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Braziliyalı oyunçu komandanın inamlı qələbəsindən məmnunluğunu ifadə edib və qarşıdakı matç barədə danışıb:

"Artıq istirahət edəcəyik, dincələcəyik. Sonra "Zirə" ilə matçı düşünməliyik".

Çempionatın ilk iki turunda 4 qola imza atan Almeyda şəxsi statistikasından daha çox komandanın hazırlığına və nəticələrinə fokuslandığını bildirib:

"Hazırda statistikalara, rəqəmlərə o qədər də önəm vermirəm. Mənim əsas məqsədim yaxşı məşqlər etmək və oyunlara köklənməkdir. Bundan sonra nəticə öz-özünə gələcək".