"Yuventus"un qapıçısı Mattia Perin karyerasını "Palermo"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı qapıçı yeni klubu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Qolkiper "Palermo"dakı maaşı 2 milyon avro olacaq.
Qeyd edək ki, Perin ötən mövsüm Turin klubunu heyətində 14 oyun keçirib və 18 qol buraxıb. O, dörd dəfə qapısını toxunulmaz saxlayıb.