Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatında ədaləti qoruyacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Ağayev 21-28 avqust tarixlərində İstanbulda baş tutacaq A qrupunun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi söz sahibi olacaq.
Qeyd edək ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Ölkəmizdə C qrupunun oyunları təşkil olunacaq. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları yer alıb. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.