UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) cavab oyununa maraq böyükdür. Sport24.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq matç üçün 15 min bilet satılıb.

 

Oyun avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.

 

Xatırladaq ki, tərəflər arasında Buxarestdə keçirilən ilk oyun İsrail klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.