"Ordu" voleybol klubu heyətini yeni legionerlə gücləndirib. Komanda Filippin yığmasının üzvü Coşua Retamarı rənglərinə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

 

26 yaşlı pasörlə gələn mövsümün sonunadək nəzərdə tutulan rəsmi müqavilə imzalanıb.