"Vest Hem"in müdafiəçisi Aaron Van-Bissaka icarə əsasında "Aston Villa"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

İcarə müqaviləsi sonradan birdəflik transfer etmək şərti ilə 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

 

Van-Bissaka ötən mövsüm "Vest Hem"in heyətində bütün turnirlərdə 27 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, müdafiəçi DÇ-2026-da Konqo DR millisinin əsas üzvü olub və 4 matçın hamısında oynayıb.