"Betis" "AZ Alkmaar"ın və İralandiya millisinin hücumçusu Troy Parrottun transferini bitirib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 

 

Tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalayıblar. "Transfermarkt" bu keçidin ispanlara 16 milyon avroya başa gəldiyini bildirib.

 

24 yaşlı Parrot ötən mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 31 qol vurub və 12 məhsuldar ötürmə edib. Parrot İrlandiya millisinin əsas hücumçusudur. O, yığmanın heyətində 37 oyunda 11 dəfə fərqlənib.