Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, qrupun ilk oyununda millimiz Portuqaliya ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq. Ondan əvvəl isə, daha dəqiq desək, saat 18:15-də yarışın açılış mərasimi təşkil olunacaq.
Azərbaycan millisi yer aldığı qrupda Portuqaliya ilə yanaşı, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.
Qeyd edək ki, Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir.