"Braqa" hücumçu Yovan Miloşeviçlə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

Müqavilə 30 iyun 2031-ci ilə qədər qüvvədədir.

 

21 yaşlı serbiyalı futbolçu müqavilə ilə "Ştutqart"a məxsus olsa da, 2025/26 mövsümünü icarə əsasında "Partizan" və "Verder"də keçirib. Hücumçu meydana çıxdığı 36 oyunda 19 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

"Transfermarkt" portalı "Braqa"nın serbiyalı futbolçuya görə, qarşı tərəfə 8 milyon avro ödədiyini bildirib.