Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib. Ölkəmizin də ev sahibliyi etdiyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, milli komanda baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında Bakıda meydana çıxacaq.
Yığmanın kapitanı Ayşən Abduləzimovadır.
Azərbaycan millisinin yekun heyəti:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
Qeyd edək ki, C qrupunun oyunları Bakıda keçiriləcək. Qrup mərhələsi avqustun 21-dən 28-dək davam edəcək.