Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Azərbaycan 20–23 avqust tarixlərində keçiriləcək mötəbər yarışda 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.
Yeniyetmələr arasında dünya çempionatında ilk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə 20 avqust saat 19:00-da, final bloku isə 21 avqust saat 02:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" vasitəsilə canlı yayımlanacaq.
Qızlar
-40 kq, 1/8 final
Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)
Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)
-44 kq, 1/16 final
Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)
-48 kq, 1/16 final
Könül Eyvazlı – Ella Bar Lev (İsrail)
Oğlanlar
-50 kq, 1/8 final
Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə
-55 kq, 1/16 final
Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)
-55 kq, 1/8 final
İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə
-66 kq, 1/16 final
İlkin Qarayev – Yesus Perea Vallve (Peru)
-73 kq, 1/16 final
Yusuf Nəzər – Conas Nelissen (Kanada)
Sadiq Məmmədov – Georq Noqes (Estoniya)
-81 kq, 1/32 final
Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)
-81 kq, 1/16 final
Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)
-90 kq, 1/16 final
Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)
Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)