Dünyanın ən dəyərli futbol klublarının brend dəyəri üzrə illik hesabatı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Brand Finance" portalı məlumat yayıb.
Reytinqdə ümumi dəyəri 79,7 milyard avro olan 50 ən komanda yer alıb.
Agentliyin məlumatına görə, "Real" reytinqdə birinci yeri (2,7 milyard dollar) tutaraq, "Barselona" (2,2 milyard), "Arsenal" (1,77 milyard), "Bavariya" (1,74 milyard), PSJ (1,73 milyard), "Mançester Siti" (1,70 milyard), "Liverpul" (1,69 milyard), "Mançester Yunayted" (1,65 milyard), "Çelsi" (1,1 milyard) və Dortmund "Borussiya"sını (766 milyon dollar) qabaqlayıb.
Ən yaxşı 50 komanda brendindən 20-si Böyük Britaniya, 8-i Almaniya, 7-si İspaniya, 5-i İtaliya, 3-ü Portuqaliya və hər birindən 2-si Fransa, Niderlan və Braziliyanı təmsil edir.
Qeyd edək ki, "Arsenal" tarixində ilk dəfə olaraq ilk "üçlük"də yer alıb. "Ştutqart" isə il ərzində brend dəyərinin artımında liderlik edir.