"Gəncə" basketbol klubu ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

 

Boyu 201 sm olan basketbolçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib.

 

Qeyd edək ki, Kamaranın son klubu Qətərin "Əl-Vakra" komandası olub.