"Gəncə" basketbol klubu Aydın İbrahimovu heyətinə cəlb edib. Sport24.az "sarı-göylər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə müqavilənin müddəti yeni mövsümün sonunadək nəzərdə tutulub.

 

İki metr boya malik basketbolçu Azərbaycanın U-18 və U-20 millilərinin şərəfini qoruyub.

 

Qeyd edək ki, İbrahimovun son klubu "Lənkəran" olub.