"Neftçi" basketbol komandası heyətinə yeni oyunçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

 

"Ağ-qaralar" ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu cari mövsümün sonunadək "Neftçi"nin formasını geyinəcək.

 

Qeyd edək ki, Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan "Shepherd University Rams" komandasının heyətində çıxış edib.