London "Arsenal"ı "Brayton"un gənc yarımmüdafiəçisi Cek Hinshelvudun transferində başlıca namizədə çevrilib. Sport24.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "topçular"ın 2026/2027 mövsümü öncəsi əsas transfer hədəflərindən biridir.
"Arsenal" rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə birbaşa əlaqə saxlayıb və rəsmi təklif hazırlığına başlayıb. Baş məşqçi Mikel Arteta Hinshelvudun komandanın heyətini gücləndirmək üçün mükəmməl seçim olduğuna inanır.
"Arsenal"ın bu transferdə əsas rəqibləri "Mançester Yunayted" və "Mançester Siti"dir. "Qırmızı şeytanlar" futbolçu ilə bağlı artıq rəsmi sorğu göndərib və yaxın günlərdə təkliflə çıxış etməyi planlaşdırır.
"Brayton" yetirməsini komandada saxlamaq istəsə də, 43-51 milyon funt sterlinq aralığında təklifin razılaşma üçün kifayət edə biləcəyi bildirilir.
Qeyd edək ki, Cek Hinshelvud 2023-cü ildən "Brayton"un əsas komandasında 79 oyuna çıxıb.