İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın "Yunion" klubundan Alan Xalailini transfer edib.

 

21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

"Kristal Pelas" israilli futbolçu üçün klubuna 24 milyon avro transfer haqqı ödəyəcək.

 

Xalaili 2024-cü ildən "Yunion"da çıxış edirdi. O, komandada 72 oyunda 5 qola imza atıb.

 

Yarımmüdafiəçi İsrail millisinin də üzvüdür.