"Everton" "Kristal Pelas"ın müdafiəçisi Daniel Munyozun transferi ilə bağlı tələb olunan məbləği öyrənib. Sport24.az "Football İnsider" istinadən xəbər verir ki, London klubu 30 yaşlı sağ cinah müdafiəçisi üçün 25 milyon funt sterlinqə qədər təzminat tələb edə bilər.

"Everton" Şeymus Koulmanın ayrılmasından sonra sağ cinah müdafiəçisi axtarışındadır. Munyoz isə baş məşqçi Devid Moyesin tələblərinə cavab verən futbolçulardan biri hesab olunur. Kolumbiyalının Premyer Liqa təcrübəsi və 2026-cı il dünya çempionatında uğurlu çıxışı "Everton"un diqqətini cəlb edib.

Qeyd edək ki, "Everton" və "Kristal Pelas" bu yay artıq transfer mübadiləsi həyata keçirib. Duayt Maknil və Brennan Consonun iştirakı ilə baş tutan anlaşmadan sonra Munyozun da "Everton"a keçməsi gündəmə gəlib.