"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Napoli" braziliyalı hücumçunu transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neapol klubu artıq londonlularla danışıqlara başlayıb.
Daha əvvəl "Qalatasaray" Martinelli üçün təklif göndərsə də, oyunçu Türkiyədə oynamaq istəmədiyi üçün rədd cavabı verib.
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm "Arsenal" formasıyla 53 oyunda 17 qol vurub, 11 məhsuldar ötürmə edib.