"İlk növbədə "Sabah"ı Çempionlar Liqasındakı uğurlu çıxışına görə təbrik edirəm. "Kəpəz"ə gəldikdə isə, düşünürəm ki, bu mövsüm də komanda üçün çətin olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Veteran futbolçu yeni mövsümdən "Kəpəz"dən gözləntilərini bölüşüb:
"Yenə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar. Allah eləsin, fikirlərim düz çıxmasın və "Kəpəz" iddialı klublardan birinə çevrilsin. Amma bunun üçün indiyə qədər müsbət istiqamətdə ciddi addımlar atılmayıb. "Kəpəz"də artıq 3-4 mövsümdür eyni ssenari təkrarlanır: rəhbərlik və baş məşqçi dəyişir. Azər Məmmədov ilk dəfə baş məşqçi təyin olunanda komandanın çıxışı uğursuz oldu və o, vəzifəsindən ayrıldı. Dünya futbolunda olmayan hadisədir ki, üç məşqçi iki dəfə bir-birinin yerini dəyişir. "Kəpəz"in necə idarə olunduğu hər kəsə bəllidir. Ona görə də bu komandadan uğurlu nəticə gözləməyə dəyməz. Bununla belə, Azər Məmmədova uğurlar arzulayıram".
Qeyd esək ki, Misli Premyer Liqasının ilk turunda "Kəpəz" "Sabah"ın qonağı olacaq. Qarşılaşma bu gün saat 20:45-də başlayacaq.