"Komandanın təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirdik". Sport24.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elnur Abdullayev deyib.
Gənc mütəxəssis komandasının Türkiyənin Bolu şəhərindəki toplanışını dəyərləndirib:
"Bu müddətdə əsas diqqəti fiziki hazırlığa yönəltdik. Bildiyiniz kimi, hazırlığın ikinci mərhələsini isə hazırda Türkiyənin Bolu şəhərində davam etdiririk. Hər şey plan üzrə gedir və yeni mövsümə ciddi şəkildə hazırlaşırıq. Artıq ilk yoxlama görüşümüzü də keçirmişik. Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubuna qarşı keçirdiyimiz oyundan və əldə etdiyimiz qələbədən razı qaldım. Komanda demək olar ki, 70 faiz çempionata hazırdır. İnanıram ki, yeni mövsüm başlayana qədər tam formada olacağıq. Ayın 19-u və 24-ü daha iki yoxlama görüşü keçirəcəyik. Bununla da Türkiyədəki təlim-məşq toplanışımız başa çatacaq. Ayın 28-də Bakıda yenidən bir araya gələcəyik və ilk turda "Xankəndi" ilə keçirəcəyimiz oyuna hazırlıq başlayacaq.
Qeyd edək ki, "Səbail" Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək.