Bakıda keçirilən 3x3 basketbol üzrə Qadınlar Dünya Seriyasının 20-ci mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, "Sea Breeze"də təşkil olunan yarışda Azərbaycan millisi və Bakı təmsilçisi "Neftçi SOCAR" da iştirak edib.

 

A qrupunda təsnifat mərhələsindən mübarizəyə başlayan millimiz ilk görüşündə Ukrayna ilə qarşılaşıb. Komandamız 5:14 hesabı ilə məğlub olub.

 

Azərbaycan millisi ikinci oyununda Misirlə üz-üzə gəlib. Bu qarşılaşmada da rəqib üstün olub – 7:21. Hər iki görüşdə məğlub olan Azərbaycan millisi əsas mərhələyə yüksələ bilməyib.

 

"Neftçi SOCAR" isə əsas mərhələdə B qrupunda İspaniyanın "Arrasate Ointxe" və Çinin "Yanjing" komandaları ilə qarşılaşacaq.

 

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək. Pley-off görüşləri avqustun 16-da keçiriləcək.