UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, bu mərhələdə ən çox azarkeş Bakıdakı qarşılaşmada qeydə alınıb.

"Qarabağ" – "Dinamo" (Kiyev) matçını Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarından 26 min 449 tamaşaçı izləyib. Beləliklə, "köhlən atlar"ın Ukrayna təmsilçisi ilə görüşü III təsnifat mərhələsinin cavab oyunları arasında ən çox azarkeş toplayan qarşılaşma olub.

İkinci sırada isə Xorvatiyada keçirilən "Hayduk" – "Jalgiris" görüşü qərarlaşıb. Bu matçı tribunadan 20 min 229 tərəfdar izləyib.

Qeyd edək ki, "Dinamo"nu iki cavabsız qolla məğlub edən "Qarabağ" pley-offa yüksəlib.