Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" basketbol komandası heyətinə daha bir oyunçu qatıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb.

 

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

 

 

23 yaşlı hücumçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Can Turğut son mövsümdə "Gəncə"də çıxış edib.