"Qarabağ"ın futbolçusu Bense Varkonyi UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Niderlandın "Tvente" klubu haqqında danışıb. Sport24.az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi bu barədə "AnewZ TV"yə açıqlama verib.
Macarıstanlı futbolçu Niderland təmsilçisinin güclü kollektiv olduğunu bildirib.
Varkonyi hazırda bütün diqqətlərinin daxili çempionatda qarşıdakı oyuna yönəldiyini, "Tvente"ni isə bundan sonra daha ətraflı analiz edəcəklərini söyləyib:
"Tvente" yaxşı komandadır. Amma hələ nəticələrinə baxmamışam. Əvvəlcə bizim bazar ertəsi çempionat oyunumuz var, ondan sonra səfərə gedəcəyik. Rəqibin necə və hansı üslubda oynadığına baxacağıq. Amma biz ora qələbə qazanmaq üçün gedəcəyik. Ona görə də onlardan qorxmuruq".
Qeyd edək ki, "Qarabağ" "Tvente" ilə ilk matçını avqustun 20-də səfərdə keçirəcək. Cavab görüşü avqustun 27-də Bakıda baş tutacaq.