Birinci liqada mübarizə aparan "Baku Sportinq"in yeni baş məşqçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, millinin sabiq futbolçusu Bəxtiyar Soltanov paytaxt təmsilçisinin baş məşqçisi təyin olunub.

 

Bununla bağlı qərar ötən gün verilib.

 

Qeyd edək ki, "Baku Sportinq" bundan əvvəl baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb. Komanda I Liqada 6 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.