"Qarabağ" üçün bu oyun çox vacib idi. Komandada baş verən dəyişikliklər – yeni futbolçuların gəlməsi, bəzi oyunçuların ayrılması – təbii ki, kollektivin oyununa təsir göstərmişdi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis "köhlən atlar"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukrayna təmsilçisini 2 cavabsız qolla məğlub etdiyi matçla bağlı fikirlərini bölüşüb:

"Səfərdəki məğlubiyyətdən sonra komandada müəyyən inamsızlıq da var idi. Uzun müddət qol vura bilməmək "Qarabağ"a psixoloji baxımdan təsir edirdi. Ona görə də bu matçda futbolçuların xarakter göstərməsi çox vacib idi. Oyun ümumilikdə "Qarabağ"ın nəzarəti altında keçdi. Ağdam klubu 90 dəqiqəni idarə etməyə çalışdı. "Dinamo"nun ikinci hissədə qol vurmaq üçün müəyyən epizodları olsa da, rəqib həmin imkanlardan istifadə edə bilmədi. "Tvente"ni keçmək mümkündürmü? Getdikcə rəqiblər güclənir. Niderland təmsilçisi daha təcrübəli komandadır. Amma "Qarabağ" üçün də tanış rəqibdir. Düşünürəm ki, indiki "Tvente" əvvəlki illərdəki komandadan daha keçiləsi rəqibdir. "Qarabağ"ın bu mərhələni adlamaq şansı var".

Xatırladaq ki, "Qarabağ" "Tvente" ilə ilk matçını avqustun 20-də səfərdə keçirəcək. Cavab matçı avqustun 27-də Bakıda baş tutacaq.