"Neftçi"nin qapıçısı Kenan Piriçin komandadan ayrıla bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub bosniyalı qolkiperin çıxışından məmnun deyil.
Ukraynalı mütəxəssisin Piriçin performansını yetərli hesab etmədiyi və qapıçı mövqeyində dəyişiklik etməyi düşündüyü bildirilir. Buna görə də, təcrübəli mütəxəssis Piriçin komandadan ayrılmasına müsbət rəy verib.
Qeyd edək ki, 32 yaşlı çərçivə qoruyucusu 2025-ci ilin yayından "Neftçi"də çıxış edir.