Bakıda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcək. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.
VAR-da Kristoffer Haqenes, AVAR-da avstriyalı Alan Kijas olacaq.
"Qarabağ" – "Tvente" oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında ilk qarşılaşma avqustun 20-də baş tutacaq.