"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Turin təmsilçisi "Bolonya"dan Con Lukumi ilə anlaşıb.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Müdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

 

"Yuventus" kolumbiyalı üçün 20 milyon avro transfer haqqı ödəyəcək.

 

Lukumi 2022-ci ildən "Bolonya"da çıxış edir. 28 yaşlı müdafiəçi komandada 123 oyunda 1 qol vurub.