Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Kolumbiya Futbol Federasiyası zəlzələdən zərər çəkənlərə 1 milyon dollar ianə edib. Sport24.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
CONMEBOL və İdmançılara Yardım Fondu beynəlxalq idman ictimaiyyətini, klubları, tərəfdaşları və azarkeşləri fövqəladə vəziyyətin aradan qaldırılmasına yönəlmiş ianə toplama təşəbbüslərini və zəruri malların təminatını dəstəkləməyə davam etməyə çağırır".
Qeyd edək ki, avqust 10-da Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Ölənlərin sayı 265-ə çatıb, 3494 nəfər yaralanıb, 496 nəfər isə itkin düşüb.