Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilir. Sport24.az xəbər verir ki, açılış turunun ilk oyun günündə bir matç baş tutacaq.

 

"Turan Tovuz" "doğma divalar" arasında "Qəbələ"ni qonaq edir.

 

Hesabat həftəsinin digər qarşılaşmaları avqustun 15-16-17 tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, Tovuzda baş tutacaq görüşün start fiti saat 19:30-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, I tur 
19:30. "Turan Tovuz" – "Qəbələ"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz. Şəhər stadionu.