"Barselona" hazırda üç mərkəz müdafiəçisi ilə maraqlanır. Sport24.az "Sport.es"-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi sol ayaqlı oyunçuları izləyir.

 

Mənbənin sözlərinə görə, "Barselona"nın maraq dairəsində olan ən tanınmış müdafiəçi Bilbao "Atletik"inin oyunçusu Aymerik Laportedir.

 

Kataloniya klubu həmçinin "Leypsiq"in futbolçusu Kastello Lukebanı da izləyir. Onun müqaviləsində 80 milyon avroluq sərbəst qalma maddəsi var. Ancaq "öküzlər" real təklif gələcəyi halda 23 yaşlı futbolçunu daha ucuza sata bilər.

 

"Barselona" "Betis"in müdafiəçisi Natanla da maraqlanır. Onun sərbəst qalma maddəsi də 80 milyon avrodur. Bir müddət əvvəl futbolçunun agenti katalonların müştərisinin "blauqrana"nın maraq dairəsində olduğunu bildirmişdi.