Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb. Sport24.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) məğlub etməsi (2:0) sayəsində mümkün olub.

 

Hazırda aktivində 21,687 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir.

 

Qeyd edək ki, reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.