"Uotford" və Norveç milli komandasının qapıçısı Egil Selvik karyerasını "Brest"də davam etdirəcək. Sport24.az xəbər verir ki, Fransa klubu 29 yaşlı norveçlinin gələn yaya qədər icarəyə götürüldüyünü açıqlayıb.
"Transfermarkt" oyunçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, qolkiper ötən mövsüm Selvik bütün yarışlarda 41 oyun keçirib və 58 qol buraxıb, yeddisində qapısını toxunulmaz saxlayıb. 2026-cı il Dünya Kubokunda isə Fransaya 4-1 hesabı ilə məğlub olan oyunda bir oyun keçirib və dörd qol buraxıb.