"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Atletiko"nun müdafiəçisi Mark Pubillin oyunundan təsirlənib. Sport24.az xəbər verir ki, bu barədə "As" məlumat yayıb.

Bildirilir ki, Arteta "Atletiko"nun "Arsenal"a qarşı Çempionlar Liqasındakı oyununda Pubillin çıxışını bəyənib və klubun idman direktoru Andrea Bertadan futbolçu ilə bağlı transfer cəhdi etməsini istəyib. "Arsenal" tərəfindən ilkin əlaqə saxlanılsa da, Madrid klubu 23 yaşlı müdafiəçini satmaq niyyətində olmadığını bildirib.

Pubill ötən mövsüm "Atletiko"da əsas heyətə düşərək özünü doğruldub. Müdafiənin cinahında çıxış etmək üçün transfer olunan futbolçu sonradan stoper mövqeyində də uğurlu oyun nümayiş etdirib. Onun performansı İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin də diqqətini çəkib.

Qeyd edək ki, Pubill ötən yay "Almeriya"dan "Atletiko"ya keçib.