Gürcüstan millisinin hücumçusu Giorgi Tsitaişvili "Rayo Valyekano"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Müqavilə 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.

 

25 yaşlı gürcü futbolçu Kiyev "Dinamo"sundan ayrılaraq  İspaniya klubuna azad agent statusu ilə qoşulub. O, ötən mövsümü icarə əsasında "Metz"də keçirib.

 

Qeyd edək ki, gürcü futbolçu Fransa klubunda 35 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.