Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, o, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

 

Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək. Bundan əlavə, Fəridə Lüftəliyeva oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

 

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.