Türkiyə millisinin yeni baş məşqçisi Sərgən Yalçın açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis təyinatından danışıb:

 

"Federasiya rəhbərliyinə təşəkkür edirəm. Futbolçu kimi də millinin formasını qürurla daşımışam. İndi isə yığmanın "sükanı" mənə əmanət edilib. Etimad göstərən hər kəsə minnətdaram. Bizi gözəl günlər gözləyir, buna inanıram. Bu yolda hamıya ehtiyacımız olacaq.

 

Millidə yerli məşqçi olmalıdır. Bu, önəmli faktordur. Heyət türkdürsə, məşqçi də belə olmalıdır. Millinin "qapısı" hər kəsə açıqladır".