Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" – "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. Sport24.az xəbər verir ki, matçı FIFA referisi Atilla Karaoğlan idarə edəcək.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 26-da baş tutacaq derbiyə saat 22:30-da start veriləcək.
Qeyd edək ki, "Qalatasaray" çempionatda 19 xalla birinci sıradadır. Üçüncü pillədə qərarlaşan "Fənərbağça"nın isə 16 xal ı var.