Fransalı keçmiş qapıçı Fabyan Bartezə millidə iş verilib. Sport24.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssis millidə qapıçılar üzrə məşqçi təyin edilib.

 

Fransa yığmasının "sükanı" bir müddət əvvəl Zinəddin Zidana tapşırılıb.

 

Bartez 1994-2006-cı illərdə millinin qapıçısı olub. O, yığmada 87 oyuna çıxıb.