"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi Ekvadorun "LDU Kito" klubundan Xozue Kaysedonu transfer edib. 

 

"Barselona" 18 yaşlı vinger üçün 2.5 milyon avro ödəyəcək.

 

Kaysedo klubun B komandasında çıxış edəcək.

 

18 yaşlı futbolçu "LDU Kito"da bu mövsüm 10 oyunda 1 məhsuldar ötürmə edib.