Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib. Sport24.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığma Belarusla iki dəfə qarşılaşıb.

 

Milli Gimnastika Arenasında baş tutan hər iki görüşdə Azərbaycan millisi qələbə qazanıb – 3:1, 3:1.