Azərbaycanın U-21 yığma komandamızın üzvü Murad Məmmədov "Pafos"un heyətində qol hesabını açıb. Sport24.az xəbər verir ki, 20 yaşlı vinger bunu Avropa Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsinin "Zaltsburq"la(3:3) cavab görüşündə edib.

 

Yığmamızın futbolçusu bu barədə sosial şəbəkə hesabında post paylaşıb:

 

"Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram.

 

Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, "Pafos".


Qeyd edək ki, "Pafos" mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.